Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan turizmin inkişafına xüsusi önəm verir.

O, bunu Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşündə deyib.

V.Bayramov vurğulayıb ki, son illər ölkədə turizm sahəsində infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlər görülüb. O, Azərbaycanın təkcə milli səviyyədə deyil, həm də regional səviyyədə turizm imkanlarının artırılmasında maraqlı olduğunu vurğulayıb. Nazir ölkənin işğaldan azad edilmiş ərazilərində turizm sahəsində imkanlar barədə də məlumat verib.

Bayramov həmçinin Zurab Pololikaşvilini yenidən BMT-nin Ümumdünya Ticarət Təşkilatının baş katibi seçilməsi münasibətilə təbrik edib. Bu baxımdan, baş katibin rəhbərliyi ilə əməkdaşlığa yeni, innovativ yanaşmalar, qurumun fəaliyyəti məmnunluqla qeyd olunub.

Öz növbəsində Zurab Pololikaşvili onun namizədliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Azərbaycanda, eləcə də regionda turizmin inkişafı potensialının yüksək olduğunu qeyd edərək, qurumun birgə layihələr həyata keçirməyə hazır olduğunu bildirib.

Bu baxımdan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahəsində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.