News.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilini qəbul edib.
Tərəflər Azərbaycan ilə Ümumdünya Turizm Təşkilatı arasında uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər.
Zurab Pololikaşvili turizmin inkişafına verdiyi dəstəyə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanda pandemiyadan əvvəlki dövrdə turizmin inkişafı səviyyəsinin bərpası və daha da yüksəldilməsi üçün hazırkı postpandemiya dövründə görülən və görüləcək işlərdən danışılıb.
Bununla bağlı Ümumdünya Turizm Təşkilatının tövsiyələrindən Azərbaycanın müvafiq strukturları tərəfindən istifadə edilməsinin vacibliyi vurğulanıb.
Bildirdilər ki, Azərbaycanda əldə olunan böyük iqtisadi nailiyyətlər, hökm sürən əmin-amanlıq, geniş turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən tədbirlər turizmin inkişafı üçün çox yaxşı zəmin yaradıb.
Tərəflər əməkdaşlığın perspektivləri barədə də fikir mübadiləsi aparıblar.