📍Tur 8 nəfərlik Mercedes Vito avtomobili ilə təşkil olunur. Avtomobil wi-fi, bluetooth, kondisioner və soyuducu ilə təmin olunmuşdur. Xarici dil biliyi olan sürücü tərəfindən idarə olunur. Saat 07:00-da şəhərin istənilən ərazisindən sərnişinlər götürülərək tur başlanılır. Bir nəfər üçün turun qiyməti 85 AZN (50$), avtomobil bron edilərsə, 510 AZN (300$) təşkil edir. Əgər gecələmək üçün oteldən istifadə olunacaqsa , turun qiyməti otelin qiymətindən asılı olaraq dəyişir. Tura çay süfrəsi, bir səhər yeməyi və nahar daxildir. Sərnişinlərə tur zamanı su, turun sonunda isə xatirə hədiyyəsi verilir.
📌Mamırlı (Qax) və Katex şəlalələrinə (Balakən) gəzinti əlavə ödənişlə təşkil oluna bilər.