Gəncə- Hacıkənd- Göygöl- Maralgöl turu! 🌄
Bu tur zamanı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərinin müxtəlif yerlərinə gediləcək:
– Alexandr Nevsky kilsəsi
– Gəncə qala qapıları
– Bottle House (butulkadan tikilmiş ev)
– Cümə Məscidi
– Nizami Gəncəvi məqbərəsi
– Cavad xan muzeyi
– Çökək hamam
– Zəfər tağları
Tur 7-8 nəfərlik Mercedes Vito avtomobili ilə təşkil olunur. Turun qiyməti adambaşı 50$-dır. Əgər avtomobil bütünlükdə bron edilərsə, ümumi qiymət 300$ təşkil edir. Tura dil biliyi olan sürücü, məkanlar haqqında ətraflı məlumatın verilməsi, sərnişinlərin su ilə təmin olunması, xatirə hədiyyəsi daxildir. Həmçinin əlavə olaraq istədiyiniz məkanı plana daxil edə bilərsiniz.🗺️
